Kababdan sonra mədəmiz niyə AĞRIYIR? – SƏBƏB

Kababdan sonra mədəmiz niyə AĞRIYIR? – SƏBƏB
Sosial 61

Həkimlər kabab və digər yağlı ət yeməklərinin düzgün qəbul edilməməsinin həzm sistemində ciddi narahatlıqlara səbəb ola biləcəyini bildirir.

BAKU.WS mövzu ilə bağlı açıqlama verən dietoloq Elena Ustinova qeyd edib ki, kababdan sonra buzlu su və qazlı içkilərin qəbulu mədədə həzm prosesini ləngidir və ağrılara səbəb ola bilər.

Onun sözlərinə görə, soyuq içkilər mədədə turşuluğun azalmasına gətirib çıxarır və bu da ətin parçalanmasını çətinləşdirir. Eyni zamanda soyuq mayelər yağın bərkiməsinə səbəb ola bilər ki, bu da ağırlıq hissi və spazmlar yaradır.

Həkim xüsusilə qastrit, pankreatit və öd kisəsi problemi olan şəxslərə diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, bu qrup insanlar üçün soyuq içkilərlə yağlı qidaların birlikdə qəbulu kəskin ağrılara səbəb ola bilər.

Ustinova alternativ olaraq kababın isti və ya ilıq çayla qəbulunu daha düzgün hesab edir. Onun sözlərinə görə, bu, həzm prosesinə daha az yük salır.

Mütəxəssislər həmçinin yeməyin yaxşı çeynənilməsini və rasiona tərəvəzlərin əlavə olunmasını tövsiyə edirlər. Bu, həzmi asanlaşdırır və mədəyə düşən yükü azaldır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ərazidə qazlar kəsiləcək

Bu ərazidə qazlar kəsiləcək

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt şəhəri, "Beto...

0 Sosial 15:10 30 aprel 2026

Son xəbərlər