Jurnalistikanı bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər
Məhkəmələrdə Hüquqşünaslıq ixtisası ilə yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkənin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.
Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.
Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız "hüquqşünaslıq" ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.
Oxşar xəbərlər
Caliber.Az xəbər portalının 5 illiyi qeyd olunur
Bu gün Global Media Group-a daxil olan Caliber.Az informasiya portalının fəaliyyətə başlamasından 5 il ötür. Beş il əvvəl yaradılan Caliber.Az qısa müddət ərzin...