İTV 20 yaşında!
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.
BAKU.WS xəbər verir ki, Şirkətin 20 yaşı tamam olur.
Şirkət "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.
İctimai Televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır.
Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.
BAKU.WS kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.
Oxşar xəbərlər
"İndi ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir" - Novxanı sakini xatirələrini bölüşdü
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Ramiz Nağıyev olub. O, keçmiş ailə dəyərlərindən söz açıb: "O vaxtlar oğlanlara həyat yoldaşl...