İşsizlərə ŞAD XƏBƏR - Bu ildən…
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda işsizlik səviyyəsinin 2024-cü ildəki 5,4 %-dən 2025-ci ildə 5,3 %-ə qədər azalacağını proqnozlaşdırır.
"Report" IMF-in hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə işsizlik göstəricisi 5,3 % səviyyəsində qalacaq.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,7 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 %-i sənaye, 8,5 %-i isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində məşğul olub.
Oxşar xəbərlər
Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir?
Mütəxəssislər bildirir ki, daim diqqət mərkəzində olmaq istəyi bəzi hallarda psixoloji pozuntularla əlaqəli ola bilər. Bu davranış xüsusilə emosional təsdiq eht...