İşsizlərdən alınacaq sığorta haqqının məbləği bir ay müddətində müəyyənləşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərdən tutulan sığorta haqqının məbləği bir ay müddətində müəyyənləşəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sənədə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci və 15-10.1.5-ci maddələrində nəzərdə tutulan sığorta haqqının məbləği ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim ediləcək.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...