İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə "Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2" adlı müsabiqə elan olunub.
Tenderin şərtlərinə əsasən, satın alınacaq mənzillər Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilən qaydalara uyğun olaraq vətəndaşlara kirayə əsasında satmaq öhdəliyi ilə təqdim olunacaq. Layihə Sumqayıt şəhərinin yaşayış massivlərini əhatə edir.
Ehtimal olunan qiyməti 200,4 milyon manat olan müsabiqə üzrə təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20 min kvadratmetrdən az olmamalıdır.
Bu tender vasitəsilə yüzlərlə ailənin daha əlçatan şərtlərlə mənzil sahibi olacağı gözlənilir.
Oxşar xəbərlər
"Azərpoçt"un adından fişinq hücumları var
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları "Azərpoçt" MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edi...