İncəsənət məktəblərində nə qədər şagird pulsuz təhsil alacaq? - RƏSMİ CAVAB

İncəsənət məktəblərində nə qədər şagird pulsuz təhsil alacaq? - RƏSMİ CAVAB
Sosial 44
İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaqlar. Mədəniyyət Nazirliyi tərəfindən 2025/2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb.

BAKU.WS xəbər verir ki, qəbul prosesində minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük marağın göstəricisidir.

Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb. Bu səbəbdən, yüksək bal toplasa da bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv zərurətdən irəli gəlir.

Xüsusilə fortepiano ixtisasına 9213 müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə nümayiş etdirir.

Şagirdlərin ixtisas seçimi zamanı bal göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən edilmiş digər kriteriyalar da tətbiq olunub. Qəbul qaydaları əvvəlcədən açıqlanıb və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq edilib. Ən yüksək bal toplayan namizədlər tələb olunan kriteriyalara düzgün cavab veriblərsə qəbul olunublar.

Bununla yanaşı namizədlərə əlavə imkanlar yaradıb. Belə ki, texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, həmçinin 80 və yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan namizədlərə ödənişli əsaslarla təhsil almaq imkanı təqdim olunub.

Eləcə də incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilər. Bu imkan həm də həvəskar şəkildə incəsənətlə məşğul olan uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir.

İncəsənət təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdiriləcək

Son xəbərlər