"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib:
"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".
Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Oxşar xəbərlər
Azərbaycan–İran sərhədi ilə bağlı yayılan hərbi texnika xəbərləri dezinformasiyadır
Sosial şəbəkələrdə Azərbaycanın İranla dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən t...