"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL
17
fev
2026
15:29
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, müəllimə yaxın günlərdə elə çalışdığı "İdrak" liseyində fəaliyyətini davam etdirəcək.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra...