"İdrak"da bu məşhurların övladları da təhsil alıblar: Zaur Baxşəliyev, Elton Hüseynəliyev...
Bu gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində 29 yaşlı müəllimə Şəhla Kamilova xəsarət alıb.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, "İdrak" liseyində təhsil alan şagirdlər arasında bir sıra məşhurların övladları və yaxınları da var.
Belə ki, hazırda liseydə teleaparıcı Zaur Baxşəliyevin qızı və Əməkdar artist, müğənni Aqşin Abdullayevin övladı təhsil alırlar.
Bundan əlavə, AMEA-nın prezidenti İsa Həbibbəylinin nəvəsi, Xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu liseyin məzunları sırasında yer alıblar.
Oxşar xəbərlər
Bərdədə bazarda ciddi sanitar pozuntular aşkarlanıb
Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirib. Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliy...