I-VI sinif şagirdləri qurd xəstəliklərinə görə müalicə olunacaq — ƏMR
10
okt
2017
22:09
Səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 15-dən noyabrın 15-dək respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.BAKU.WS
Oxşar xəbərlər
Bu gün 57 910 şagird imtahan verib
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən,...