"Huawei" Azərbaycanda "HarmonyOS" əsasında yeni planşet təqdim edir

"Huawei" şirkəti Azərbaycan bazarında "HUAWEI MatePad: MatePad 11" seriyalı yeni planşet təqdim edir.
Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, cihaz "Huawei" şirkətinin yeni tərzdə iş masası ilə "HarmonyOS" 2 əməliyyat sistemi əsasında işləyir, ikinci nəsil "HUAWEI M-Pencil" stilusunu, maus və klaviatura arasında əlaqəni dəstəkləyir. Həmçinin planşet noutbuklarla çarpaz əlaqə üçün yenilənmiş HUAWEI Share və sürətli enerji yığma funksiyası ilə təmin olunub.
"HUAWEI MatePad 11" — 120 Hs-dək ekran yenilənmə tezliyi ilə ilk "Huawei" planşetidir. Bu isə video və oyunlarda dinamik səhnələrin rəvan şəkildə canlandırılmasını təmin edir, həmçinin veb-səhifələrə baxış və mətnin əllə daxil edilməsi zamanı vizual rahatlığı artırır. Planşet 10,95 düym diaqonallı, 2560×1600 piksel icazəli IPS ekranı ilə təchiz olunub və DCI-P3 rəng əhatəsinə malikdir. "TÜV Rheinland" şirkətindən "Low Blue Light" və "Flicker Free" sertifikatları mavi işığın aşağı səviyyəsini (gözlərin qorunması rejimində) və ekranda sayrışmanın olmamasını təsdiq edir, bu isə planşetlə gözləri yormadan uzun müddət işləməyə imkan verir.
Yeni "HUAWEI MatePad 11" 2,84 HHs tezlikli bir Cortex-A77 nüvəsi, 2,4 HHs tezlikli üç Cortex-A77 nüvəsi və 1,8 HHs tezlikli dörd Cortex-A55 nüvəsi olmaqla, 8-nüvəli Qualcomm Snapdragon 865 prosessoru əsasında qurulub. Qrafikanın işlənilməsinə görə Adreno 650 cavabdehdir. Bütün komplektlər üçün operativ yaddaş 6GB, quraşdırılan yığıcı isə 128 GB təşkil edir. Tutumlu 7250 mAs batareyası sayəsində planşet əlavə enerjiyə ehtiyac olmadan 12 saatadək video canlandırmanı dəstəkləyir.
"HUAWEI MatePad 11" planşeti "Harman Kardon" şirkətinin mühəndisləri tərəfindən sazlanan yüksək amplitudalı dörd dinamiklə stereo sistemlə təchiz olunub. Histen 7.0 texnologiyası basların gücləndirilməsinə görə cavabdehdir və səsin örtülməsinin yaxşılaşdırılması alqoritmini dəstəkləyir. Rahat ünsiyyət üçün planşet üçü yanda, biri arxada olmaqla, dörd mikrofonla təchiz olunub. Bu mikrofonlar istənilən vəziyyətdə yaxşı eşitmə dərəcəsini təmin edir. İntellektual səs-küy azaltma sistemi kənar səsləri aradan qaldıraraq, insanların çox olduğu məkanlarda, səs-küylü küçələrdə, hətta güclü küləkdə belə rahat danışmağa imkan verir.
"HUAWEI M-Pencil" yeni ikinci nəsil stilusu əllə daxiletmə və ekrana iki dəfə toxunmaqla alətlərin dəyişdirilməsi funksiyasına malikdir. Kənar tərtibatçılar üçün açıq "Pencil Engine" texnologiyası əllə daxiletməni istənilən tətbiqlərə inteqrasiya etməyə imkan verir. Cəmi 2 ms-lik reaksiya gecikdirilməsi sayəsində stilus ekranla sürətlə sinxronlaşır, erqonomik dizayn isə rahat və intuitiv cəhətdən anlaşılan işi təmin edir. "HUAWEI Smart Magnetic Keyboard" klaviaturası etibarlı maqnit bərkitməsi, simsiz şarj və Bluetooth vasitəsilə qoşulma funksiyasına malikdir.
Planşet yenilənmiş "HUAWEI Share" funksiyaları ilə təmin olunub. Korpusda işarəyə bir dəfə toxunmaqla planşet və noutbuku qoşaraq, istifadəçi faylların yerini sürətlə dəyişmək, həmçinin planşeti noutbukun ekranından idarə etmək imkanı əldə edir. Aktiv “Multiscreen” funksiyasında “Ekranda göstərmə”, “Genişləndirmə” və “Qarşılıqlı əlaqə” olmaqla, üç iş variantı mövcuddur.
Planşet ən fərqli vəziyyətlərdən cihazla qarşılıqlı əlaqəni təmin edən "Huawei" şirkətinin "HarmonyOS 2" əməliyyat sistemi əsasında işləyir. Aşağıda yerləşən dokla yenilənmiş iş masası tez-tez istifadə olunan və yeni açılan tətbiqlərə çıxışı sürətləndirir. İnterfeysin fərdi şəkildə tənzimlənməsi üçün faydalı məlumatları əks etdirən vicetlər mövcuddur. Onlar bildirişləri, təqvimdən yaxın zamanda baş verəcək hadisələri, hava proqnozunu, bloknotdan qeydləri və bir çox məlumatları müvafiq tətbiqləri açmadan bilavasitə iş masasında görməyə imkan verir. İstifadəçi onların xarici görünüşünü və ölçülərini tənzimləyərək, şəxsi iş masasını yarada bilər.
Cihaz 10 sentyabr 2021-ci il tarixindən "Baku Electronics" və "Kontakt Home" mağazalar şəbəkəsində açıq satışa buraxılacaq. Planşeti alanlara "Huawei FreeBuds 4i" qulaqcıqları, K@TV1SMART tətbiqinə 2 aylıq pulsuz abunəlik və "Yandex Music" tətbiqinə 90 günlük pulsuz abunəlik hədiyyə olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda yeni kompleksin açılışında - FOTO
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılı...
