Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
Hövsan qəsəbəsinin Ruslan Rəcəbov küçəsində su xəttinin partlaması nəticəsində gölməçə yaranıb və ərazidəki tullantılar içməli suya qarışır.
Sakinlər deyirlər ki, çirkab su zirzəmilərə dolur, evlərin divarları isə çatlamağa başlayıb.
"Milçək əlindən oturmaq olmur. Ərazi ağcaqanad və qurbağalarla doludur. Gəlib baxırlar, amma heç nə edən yoxdur. Belə şey olar?!", - deyə şikayətçi narazılıq bildirib.
Suraxanı Rayon Sukanal İdarəsinin sahə rəisi isə məsələ ilə bağlı açıqlamasında problemin gün ərzində həll olunacağını bildirib.
Daha sonra Baku TV-nin çəkiliş qrupu verilən vədin yerinə yetirildiyini aydınlaşdırmaq üçün sözügedən əraziyə gedib və məlum olub ki, artıq müvafiq qurumun əməkdaşları problemin aradan qaldırılmasına cəlb ediliblər.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Mal ətinin qiyməti bahalaşdı - 18 manata satılır
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti 1 manat artaraq 17 manatdan 18 manata yüksəlib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir k...