Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə hərbi orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb.
Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər kursantları Hərbi andı qəbul etmələri münasibətilə ürəkdən təbrik edərək onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb, Azərbaycan xalqına layiqli övlad olmağı, Vətənə, xalqa və Hərbi anda daim sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Həmçinin gələcəyin hərbi qulluqçularına xidmət zamanı yüksək nizam-intizam qaydalarına riayət etməyin vacibliyini vurğulayıblar.
Kursantlar adından çıxış edənlər yeni qəbul olunanlara təhsillərində müvəffəqiyyət arzu edib və yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.
Sonda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb. BAKU.WS xəbər verir ki, memorandum çərçivəsində tərəflər qarşılıqlı...