Həftəsonları ictimai nəqliyyat bu tarixə qədər işləməyəcək - RƏSMİ
Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.
BAKU.WS xəbər verir ki, bu, Nazirlər kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb.
Qeyd olunub ki, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Oxşar xəbərlər
Aradan qaldırılan məhdudiyyətlər - TAM MƏTN
Azərbaycanda aradan qaldırılan bəzi məhdudiyyətlərin tam siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov imzaladığı "Xüsusi karantin...