Həbsdə olan şəxslər də tibbi sığortadan yararlanacaq - 1500 nəfər…
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib.
BAKU.WS xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirildiyi barədə məlumat verib.
Onun sözlərinə görə, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.
Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.
Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan Respublikasının vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.
Oxşar xəbərlər
Terror hücumunda yaralanan Vasif Tağıyev indi bu səfirlikdə işləyir
Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində dava...