Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır
18
apr
2018
19:52
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saat 15:00-da bu göstərici 10 faiz təşkil edib.Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.BAKU.WS
Oxşar xəbərlər
Bu gün və sabah Azərbaycanda toz dumanı gözlənilir
Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən...