Hazırda Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Hazırda Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir - RƏSMİ
Sosial 48

Azərbaycanda hazırda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir və narahatlıq doğuran hər hansı kütləvi yayılma müşahidə olunmur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində ölkədə həm qızılca, həm də suçiçəyi üzrə ayrı-ayrı yoluxma halları qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət davamlı nəzarətdə saxlanılır, daxil olan məlumatlar mütəmadi təhlil edilir və risk qiymətləndirilməsi aparılır.

Müşahidələrin nəticələrinə əsasən, hazırkı mərhələdə əlavə epidemioloji risk qeydə alınmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir sıra ərazilər qazsız qalacaq

Bir sıra ərazilər qazsız qalacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...

63 Sosial 23:59 30 oktyabr 2026

Son xəbərlər