Hava yenidən kəskin PİSLƏŞİR - Bu tarixdən dolu düşəcək, sulu qar yağacaq
Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Oxşar xəbərlər
Deputat: "Qadınlarımızın elektron siqaretdən istifadə etməsi bizi düşündürür"
"Gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət,...