Əhaliyə şad xəbər: Bakının bu ünvanlarında pulsuz "Wi-Fi" olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.
İB-dən Trend-ə bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində "Wi-Fi" şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.
Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.
BAKU.WS

Oxşar xəbərlər
Nazirlikdən abunə haqlarının ödənişi ilə bağlı açıqlama - Yenilik olacaq
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyat...