Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlandı
Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.
"Report"un əldə etdiyi məlumata görə, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.
"Public free wi-fi" layihəsini reallaşdıracaq Çinin "Huawei" şirkətinin Bakı ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərov "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq".
Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.
BAKU.WS
Oxşar xəbərlər
Jurnalistlərə güzəştli kartlar veriləcək
Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi gerçəkləşir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarov...