"Apple"dan "iPhone" sahiblərinə pis xəbər

Appledan iPhone sahiblərinə pis xəbər
Şou-biznes 2892
 

"Apple" şirkəti indiyə qədər reklam dəstəyi ilə pulsuz təqdim etdiyi "iTunes Radio"nu artıq ödənişli edir.

BAKU.WS-in məlumatına görə, "Apple" şirkəti "iTunes Radio"da əhəmiyyətli dəyişikliklər reallaşdırmağa hazırlaşır. Şirkət sözügedən xidmətin istifadəçilərinə göndərdiyi e-poçtlarda "iTunes Radio"nun bundan sonra pulsuz olmayacağı qeyd edilib.

Yanvar ayının sonundan etibarən "iTunes Radio"nu istifadə etmək istəyənlər ödənişli "Apple Music" üzvlüyünə sahib olmalıdır. "iTunes" istifadəçilərinin pulsuz olaraq faydalana biləcəyi tək musiqi platforması isə "Beats 1" olacaq.

"Apple" tərəfindən məsələ ilə bağlı verilən rəsmi açıqlamada belə deyilir: "İstifadəçilər bir "Apple Music" üzvlüyü vasitəsilə "Apple" şirkətinin musiqi mütəxəssisləri tərəfindən yaradılan onlarla radio stansiyasında sərhədsiz mahnı dinləyə biləcək. "Apple Music" radio xidmətini də ehtiva edən üç aylıq pulsuz bir sınaq imkanı təqdim edir".

BAKU.WS

Oxşar xəbərlər

Daha bir bankın adı əhalinin pulunu qoruyan bankların siyahısından çıxarıldı (SİYAHI)

Daha bir bankın adı əhalinin pulunu qoruyan bankların siyahısından çıxarıldı (SİYAHI)

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iştirakçı bankların 19 yanvar 2016-cı il tarixinə olan reyestrini açıqlayıb. BAKU.WS-in ƏSF-yə istinadla verdiyi məluma...

4787 Sosial 15:43 19 yanvar 2016

Son xəbərlər