Bulvarda keçirilən pulsuz aksiyada biabırçılıq (VİDEO)
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçirilib.
BAKU.WS-in məlumatına görə, bulvarda olan attraksion və karusellərin uşaqların pulsuz istifadəsinə veriləcəyi deyilsədə valideynlər aksiyadan narazı qalıb.
1 iyunda uşaqları ilə Bulvara yollanan paytaxt sakinlərindən biri redaksiyamıza müraciətində başına gələnlərdən danışıb. Adını açıqlamaq istəməyən xanım uşaqlar üçün pulsuz olacağı deyilən atraksionlardan bəzilərinin istifadəyə verilmədiyini bildirib.
Xanımın sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinin tapşırığı ilə atraksionlara enerji verilişi dayandırılıb. Bulvarda işləyən əməkdaşlar valideynlərə üzrxahlıq etsə də bununla razılaşan olmayıb. Uşaqları atraksionlara mindirən valideynlər özləri maşınları itəliyərək hərəkətə gətiriblər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda maraqlı aksiya - Uşaqlar yol polisi oldular - VİDEO
Region TV teleşəbəkəsinə daxil olan, Azərbaycanın ilk uşaq telekanalı Günəş TV balacaların günündə onları sevindirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə...