Füzuli meydanının ətrafının abadlaşdırılmasına 5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılmışdır. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşmışdır və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.
Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırlıb.
BAKU.WS
Oxşar xəbərlər
"Sovetski"də 4 minə yaxın ev və obyekt köçürüldü
Bakının Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində "Azəravtoyol" ASC tərəfindən aparılan yenidənqurma və abadlıq işləri davam etdirilir. Bu barədə Tre...