Hadı Rəcəblidən yeni qalmaqallı açıqlama : "Bəzi gəlinlər qab yuya, yumurta bişirə bilmirlər"

Hadı Rəcəblidən yeni qalmaqallı açıqlama : Bəzi gəlinlər qab yuya, yumurta bişirə bilmirlər
Sosial 1327

 

"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Kişi qadın münasibətləri, ailə məsələləri bəzən islamdan təhrif olunmuş formada çatdırılanda ailə institunun təməlini sarsıdır”.

BAKU.WS AzVision.az-a istinadla xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məslisdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib. 

Komitə sədri bildirib ki, bizim xalq deyimlərimizdə "bir yastığda qoşa qarıyasız”, "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər” kimi sözlər boş-boşuna deyilməyib:

"Bunlar elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyütdülər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qaynatası kimi tərbiyələndirməliyik. Çox təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da varki, əlinin əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir”. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər