Milli Məclisdə Zeynəb Xanlarovaya xəbərdarlıq olundu
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov iclasa qatılmayan deputatlara iradını bildirib.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, komitə sədri çıxışında bu kimi halların növbəti iclasda da davam edəcəyi təqdirdə parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyini bəyan edib.
Onun sözlərinə görə, parlamentdə komitələrin sayı artdığından, komitələrin üzvlərinin sayında məhdudiyyət yaranıb: "Misal olaraq, bizim komitənin 6 üzvü var. Ona görə də komitə iclaslarında bütün üzvlərin iştirakı zəruridir. Bu da tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Çünki onların iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasda iştirak etməyən üzvlərinə sadəcə xəbərdarlıq edin, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik.
Bu gün komitənin üzvlərindən Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iclasa qatılmayıb. Komitənin katibliyi Ülviyyə Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi çıxdığından iclasa qatıla bilməyəcəyini qeyd edib. Bir insanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə üçün gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O, mədəniyyətimiz üçün mühüm işlər görüb və bizim üçün çox gərəkli insandır. Əsas istəyimiz odur ki, o da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına öz töhfəsini versin”.
BAKU.WS
Oxşar xəbərlər
Rəsulzadəni təhqir edən deputatın məsələsi Milli Məclisdə müzakirə olunacaq
"Naqif Həmzəyevlə bir masa arxasında oturmaq istəməzdim. Düşünürəm ki, aramızda belə adam olmamalıdır". BAKU.WS məlumat verir ki, bunu Milli Məclisin İntizam K...