Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ
Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar.
Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur", - Şahin Bağırov deyib.
BAKU.WS Modern.az-a istinadən maaşlarının verilib-verilməməsini aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi sorğumuza cavab olaraq maaşların verildiyini bildirib.
"Artıq həmin işçilərin hər birinin maaşları verilib",- açıqlamda deyilir.
Oxşar xəbərlər
Kənan MM: "Mən Azərbaycanın ən kasıb rejissoruyam"
"Mən Azərbaycanın ən kasıb rejissoruyam". Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan rejissor və aktyor Kənan MM deyib. O, yaradıcılıq...