Gəncənin İcra başçısı Aşura günü "İmamzadə"yə gedib - FOTO
Gəncədə Aşura günü qeyd olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq şəhər və ətraf rayonlardan olan sakinlər Gəncə şəhərindəki "İmamzadə" Dini Memarlıq Kompleksinə üz tutublar.
Ziyarətgaha gələn insanlar 5-ci imam Məhəmməd Bağırın nəvəsi Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Ziyarət zamanı pandemiya qaydalarına əməl olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Teymur Hacıyev də "İmamzadə" Dini Memarlıq Kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsi, FHN əməkdaşları, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
Qalereya
Oxşar xəbərlər
Bu gün təltif edilən generallar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...