Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu internet-klub karantin tələblərini pozub.
BAKU.WS xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirir.
BPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən internet-klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.
Oxşar xəbərlər
Polis qadağa ilə bağlı Bakıda hərəkətə keçdi: Bütün yollar və prospektlərdə...- VİDEO
Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun g...