Gələn il 25 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunacaq
Gələn il 25 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb olunması gözlənilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Sertifikasiya prosesində 84 minə yaxın müəllim cəlb olunub. Ümumilikdə uğur qazanan 73 min müəllimin əməkhaqqısına əlavə tətbiq edilib. Növbəti ildə əlavə 25 minə yaxın müəllimin prosesə cəlb edilməsi nəzərdə tutulub. Gələn il ümumilikdə müəllimlərin əməkhaqqısına əlavə üçün təxminən 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il biz müəllimlərin artıq böyük əksəriyyətinin sertifikasiyadan keçməsi prosesini yekunlaşdırmış olacağıq", - nazir qeyd edib.
Oxşar xəbərlər
Bakıda məşhur şadlıq evində nöqsanlar aşkarlandı: Müştərilərə camış əti verilirmiş
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus "Aqat" şa...