Gədəbəyə dolu düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.
Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.
Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.
Oxşar xəbərlər
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata gör...