Formula 1 yarışlarına görə bu yollarda avtomobil saxlamaq olmaz

Formula 1 yarışlarına görə bu yollarda avtomobil saxlamaq olmaz
Sosial 1315

 

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib.

Şirkətdən verilən məlumata görə, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

Zərifə Əliyeva küçəsinin Bül-Bül prospekti ilə Rəsul Rza küçəsi arasında qalan hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Xəbərdarlıq: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın

Xəbərdarlıq: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə...

3249 Sosial 17:07 27 mart 2017

Son xəbərlər