FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərilib.
BAKU.WS xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.
Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.
Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.
Qalereya
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Avqustun 13-də paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məl...