FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi
Sosial 697
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.FHN-dən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:
  • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
  • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
  • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
  • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
  • yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!BAKU.WS

Oxşar xəbərlər

Görünməyən təhlükə ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Görünməyən təhlükə ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir:"Qış mövsümü...

2337 Sosial 09:16 07 yanvar 2019

Son xəbərlər