FHN Astaradakı yanğınla bağlı məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Astara rayonunda baş verən yanğın hadisəsi ilə bağlı daha bir məlumat yayıb.
BAKU.WS məlumatı təqdim edir:
"20.12.2021-ci il tarixində səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb. İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğın baş verdiyi ərazi mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün yanğınsöndürmə işləri zamanı əsasən əl əməyindən istifadə olunub".
Oxşar xəbərlər
Hesablama Palatası Meşələrin İnkişafı Xidmətində yoxlamalar aparıb
Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi mövzusu...