Fərdadan Cabir İmanovun ölümü ilə bağlı TƏSİRLİ SÖZLƏR: Cəmi 8 gün sonra sən də...

Fərdadan Cabir İmanovun ölümü ilə bağlı TƏSİRLİ SÖZLƏR: Cəmi 8 gün sonra sən də...
Sosial 1041

Bu gün məşq zamanı Əməkdar artist Cabir İmanovun səhhəti qəfil pisləşib. 49 yaşlı sənətçinin həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

BAKU.WS-in məlumata görə, tanınmış aktyor Fərda Xudaverdiyev həmkarının ölümündən təsirləndiyini bildirib.

O qeyd edib ki, Cabir İmanov onun üçün çox dəyərli insan olub və bir həftə əvvəl anasının vəfatı ilə bağlı ona təsəlli verib.

"Bir tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istiyirdim. Anamın vəfatı ilə əlaqədar mənə zəng edib təsəlli verdiyində, nə bilərdik ki, cəmi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan əziz qardaşım. Allah sənə rəhmət eləsin. Allah ailənə, doğmalarına, əzizlərinə səbr, səbr, səbr versin. Bu fani dünyadan Azərbaycanımızın "JABA"sı gəldi, yaratdı və getdi", – deyə Fərda Xudaverdiyev vurğulayıb.

Əməkdar artistin qəfil vəfatı sənət yoldaşları və tamaşaçılar arasında dərin hüzn doğurub.

Son xəbərlər