Fazil Mustafa Milli Məclisdə mülkiyyətçilərin hüquqlarını müdafiə etdi: "Bu cür dərəbəylik ancaq bizdə mövcuddur"

Fazil Mustafa Milli Məclisdə mülkiyyətçilərin hüquqlarını müdafiə etdi: Bu cür dərəbəylik ancaq bizdə mövcuddur
Sosial 1508

"Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur".BAKU.WS xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə səsləndirib.

Millət vəkili Milli Məclisin dünənki iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunarkən yeni inşa edilən mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin özbaşına qiymətləndirilməsi məsələsinə toxunub:

"Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir, istədiyi məbləğdə qarajlara qiymət qoyur, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər. Halbuki bu özbaşınalığın ən bööyük zərbəsi vətəndaşlara dəymiş olur.

Şəhər ərazisinin hər kateqoriyası üzrə tarif şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər.

Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır, əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanları hərəkəti məhdudlaşır, istirahət etmə imkanları yox edilir. Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil, halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər. On illərlə bina təhvil verilməyəcək deyə,vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur".

Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər