"Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan dilinin normaları özəl sektorun bəzi hissələrində pozulur".
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən komitə iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"İaşə obyektlərində, müəssisələrdə, ticarət obyektlərində ilk növbədə dövlət dilinin tələbləri nəzərdə tutulmalıdır. Bəzi hallarda rast gəlirik ki, Azərbaycan dili üçüncü sırada yazılır. Birinci ingilis dilində, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır. Bu Qanun qəbul edildikdən sonra, dövlət dili norması əsas dil norması kimi tətbiq olunacaq", - deyə komitə sədri bildirib.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...