Evlilikdən uzaq duran bürclər açıqlanıb
Astroloji yanaşmalara görə, bəzi bürclər uzunmüddətli öhdəliklərə daha ehtiyatla yanaşır və evlilik qərarını gecikdirməyə meylli olur.
BAKU.WS xəbər verir ki, iddialarda ən çox adı çəkilən bürclər arasında Dolça, Oxatan, Əkizlər və Qoç yer alır. Bu bürclərin azadlıqsevər xarakterə malik olduğu, şəxsi sərbəstliklərini qorumağa üstünlük verdiyi bildirilir.
Məlumata görə, Dolça müstəqilliyini itirmək istəmədiyi üçün ciddi münasibətlərdə tərəddüd edə bilər. Oxatan isə sərbəst həyat tərzinə bağlılığı səbəbindən evliliyə tələsmir.
Digər tərəfdən, Əkizlər bürcünün dəyişkən xarakteri və tez-tez fikir dəyişməsi uzunmüddətli qərarlarda qeyri-sabitlik yarada bilər. Qoç isə impulsiv davranışları ilə münasibətlərdə sabitlik qurmaqda çətinlik çəkə bilər.
Qeyd olunur ki, bu cür yanaşmalar elmi əsas daşımır və daha çox astroloji interpretasiyalara əsaslanır. Münasibətlərin uğuru isə əsasən fərdi xüsusiyyətlər, qarşılıqlı anlayış və ünsiyyətdən asılıdır.
Oxşar xəbərlər
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi
Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi? Paytaxt sakini Natiq Cəfərov iddia edir ki, aylardır ödəniş etdiyi avtomobil indi ondan ge...