Ev və mənzillərlə bağlı neçə sığorta hadisəsi baş verib? - RƏQƏMLƏR VƏ MƏBLƏĞLƏR
Cari il ərzində daşınmaz əmlak sahəsində sığorta məsələləri xüsusi diqqət mərkəzində olub.
BAKU.WS xəbər verir ki, ev və mənzillərlə bağlı baş verən müxtəlif risklər - təbii hadisələrdən tutmuş məişət qəzalarına qədər sığorta mexanizmlərinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
Bu baxımdan, il ərzində qeydə alınan sığorta hadisələrinin sayı və həmin hadisələr üzrə ödənilən kompensasiyalar həm vətəndaşlar, həm də sığorta bazarı üçün maraq doğuran əsas mövzulardan biridir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin icmal hesabatı açıqlanmış yanvar-oktyabr ayları ərzində yaşayış və qeyri-yaşayış obyektlərinin risklərini təminat altına alan daşınmaz əmlakın icbari sığortası növü üzrə 70 milyon 419 min manat sığorta haqqı təmin olunub:
"Hesabat dövründə baş vermiş sığorta hadisələrinə görə isə 2 milyon 251 min manat sığorta ödənişi həyata keçirilib. Daşınmaz əmlaka yönəlik daha bir sığorta növü olan Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə isə hesabat dövründə 967 min manat sığorta haqqı təmin olunub və hadisələrə görə 60 min manat sığorta ödənişi həyata keçirilib.
Bildirmək istəyirik ki, əmlakla bağlı daha bir sığorta növü var. Bu Əmlakın yanğından və digər risklərdən sığortası növüdür və könüllü sığorta məhsuludur. Bu sığorta məhsulu üzrə hesabat dövründə 69 milyon 105 min manat sığorta haqqı təmin olunub və baş verniş hadisələrə görə 2 milyon 518 min manat sığorta ödənişi həyata keçirilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları t...