Ev təmizliyi xərçəng yaradır? - Ekspert xəbərdarlığı

Ev təmizliyi xərçəng yaradır? - Ekspert xəbərdarlığı
Sosial 45

Son illərdə ev təmizliyində geniş istifadə olunan kimyəvi vasitələr, o cümlədən xlor və və digər bu tipli ağardıcılar yalnız evləri təmiz saxlamaq üçün deyil, eyni zamanda sağlamlıq üçün risklər də yaradır.

BAKU.WS xəbər verir ki, araşdırmalara görə, bu vasitələrin uzun müddət və ya düzgün istifadə edilməməsi tənəffüs yollarına ziyan verə bilər və müəyyən xərçəng növlərinin riskini artırır.

Ev təmizləyicilərindəki formaldehyd, benzen və digər uçucu birləşmələr nəfəs yollarını qıcıqlandırır və göz, burun, boğaz selikli qişalarına təsir edə bilər. Bundan əlavə, bəzi kimyəvi maddələr hormonal balansı poza bilən "endokrin pozucular" kateqoriyasına daxildir ki, bu da xərçəng riskinə səbəb ola bilər.

Amerika Birləşmiş Ştatlarında aparılmış araşdırmalara görə, ev təmizləyici vasitələrdən tez-tez istifadə edən qadınlar döş xərçəngi diaqnozu alma riskini digər qadınlarla müqayisədə iki dəfə yüksək göstəriblər. Eyni zamanda, güclü kimyəvi sprey və məhlulların istifadəsi astma, allergiya və xroniki tənəffüs xəstəliklərinə yol açır.

Ölkəmizdə xlor tərkibli təmizləyicilərin səhv və ehtiyatsız istifadəsi nəticəsində zəhərlənmə və tənəffüs problemləri halları da qeydə alınıb. Mütəxəssislər evdə təmizlik zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini tövsiyə edirlər.

Ev təmizliyi zamanı bitki mənşəli, ekoloji təmiz vasitələrin seçilməsi tövsiyə olunur. Həmçinin otaqları yaxşı havalandırmaq, güclü kimyəvi məhlullardan yalnız zəruri hallarda istifadə etmək, sirkə, soda və yumşaq sabun kimi təbii alternativlərdən faydalanmaq məsləhətdir. Təmizlik zamanı qoruyucu əlcək, maska və eynəkdən istifadə də riskləri azaltmağa kömək edir.

Ev təmizliyi zəruri olsa da, kimyəvi vasitələrin düzgün seçilməməsi və ehtiyatsız istifadəsi sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Xüsusilə xlor, natrium-hipoxlorit, formaldehyd və digər güclü kimyəvi maddələr uzunmüddətli təsirdə xərçəng və tənəffüs xəstəlikləri riskini artırır.

Son xəbərlər