Ət yeyənlərin sayında kəskin AZALMA
Ət bazarında son dövrlərdə alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi müşahidə olunur.
BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki, ətin qiymətinin yüksək, maaşların isə buna nisbətdə aşağı olması satışın həcmini yarıbayarı azaldıb. Alıcılar artıq əti kiloqramla deyil, qramla almağa üstünlük verirlər.
Beynəlxalq statistika portallarının məlumatına görə, Azərbaycan orta aylıq əməkhaqqına alına biləcək mal ətinin miqdarına görə qonşu ölkələrlə müqayisədə son sıralarda qərarlaşıb. Ölkədə orta aylıq əməkhaqqı ilə cəmi 44 kiloqram mal əti almaq mümkündür ki, bu da bir çox Avropa və MDB ölkələrindən dəfələrlə azdır. Məsələn, qonşu Rusiyada orta maaşla 83, Gürcüstanda 56 kiloqram ət almaq olar.
İqtisadçıların fikrincə, bu tendensiya birbaşa gəlirlərin səviyyəsi ilə bağlıdır. Məsələn mal ətinin kiloqramının orta hesabla 17 manat olması, ayda 700-800 manat civarında əməkhaqqı alan vətəndaşın rasionuna ciddi təsir edir.
Mütəxəssislər bildirirlər ki, problemin həlli olaraq orta əmək haqqının artırılması daha real görünür. Eyni zamanda daxili bazarda ət istehsalının artırılması və yem xərclərinin azaldılması istiqamətində addımlar atılmasa, alıcılıq qabiliyyətinin daha da zəifləyəcəyi qaçılmazdır.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər ikiqat maaş alacaqlar - ŞAD XƏBƏR
Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. BAKU.WS-in məlumtına görə, yeni dəyişikliklər bir tərəfdən beynəlxalq standart və pri...