Ən çox ölüm hansı ayda olur?

Ən çox ölüm hansı ayda olur?
Sosial 208

Qlobal statistikaya görə, insanların həyatını itirmə halları il ərzində bərabər paylanmır və bəzi aylar digərindən daha ölümcül olur. Tədqiqatlar göstərir ki, ən çox ölüm halları qış aylarında, xüsusilə yanvar ayında qeydə alınır.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, soyuq hava, qrip, tənəffüs və ürək-damar xəstəliklərinin pik həddə çatması bu dövrdə ölüm riskini artırır. Dekabr və fevral ayları da qış mövsümünün təsiri ilə ölüm hallarında yüksək göstəricilər göstərir.

Qeyd olunur ki, isti aylarda, xüsusilə yayda ölüm halları nisbətən azalır, amma istənilən ölkədə ekstremal temperatur, təbii fəlakətlər və yol-nəqliyyat hadisələri ölümlərə təsir göstərə bilər.

Beləliklə, dünyada insanların ən çox həyatını itirdiyi ay yanvar ayı hesab olunur.

Son xəbərlər