Eldar Mahmudovun atasının barelyefi söküldü - FOTO
28
mar
2016
15:32
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atasının yaşadığı binadan barelyefi götürülüb.
BAKU.WS vətəninfo.az-a istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən binanın üzərindən akademik Əhməd Mahmudovun barelyelefini söküb.
Qeyd edək ki, bir müddət əvvəl Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı məktəb-liseyin qarşısından da götürülüb və ölkənin müxtəlif ali təhsil ocaqları tərəfindən onun adına təsis edilən mükafatlar ləğv edilib.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun daha bir kadrı işdən azad olunub
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub....