Ekoloqdan həyəcan təbili: Bakıda qaz qarışıqlarının miqdarı normadan çoxdur

Ekoloqdan həyəcan təbili: Bakıda qaz qarışıqlarının miqdarı normadan çoxdur
Sosial 1448
Bakıda qaz qarışıqlarının miqdarı normadan üç dəfə çoxdur. Bu isə həyəcan siqnalı deməkdir.BAKU.WS-in məlumatına görə, Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib.Bir neçə gün əvvəl Bakının bir neçə rayonunda həddindən artıq ağır hava müşahidə edilib. Şəhər əhalisi ürək bulanmasından və baş ağrısından şikayətlənib.Oxu.Az-ın sorğusundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bir neçə rayonunda müşahidə edilən qəribə qoxu ilə bağlı monitorinqlər aparıb.Araşdırmaların nəticələrinə əsasən, atmosferdə qazın miqdarı sanitar normanı üç dəfə üstələdiyi məlum olub.T.Zeynalovun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, havanın çirklənməsi səbəbindən hər il yeddi milyon insan həlak olur.O qeyd edib ki, hazırda havanın monitorinqini aparan stansiya şəhərin yalnız bir neçə yerindən götürülmüş nümunələr əsasında ümumi indeksi hazırlayır. Monitorinq sistemləri real vaxtda çirklənmə mənbəyini müəyyən edə bilmir.Ekoloq qəribə qoxu hiss edən paytaxt sakinlərinə tibbi maskalardan istifadə etməyi məsləhət görüb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda havadan pis qoxunun gəlməsinin səbəbi bilindi

Bakıda havadan pis qoxunun gəlməsinin səbəbi bilindi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı o...

11869 Sosial 13:55 05 may 2018

Son xəbərlər