Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!
Baş Dövlət Yol Polisi İdarəsi Milli Hidrometeorologiya Xidmətinin sarı və narıncı xəbərdarlığı ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Oxşar xəbərlər
Sabahdan bu marşrutun avtobusları YENİLƏNİR
Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir...