Əhalinin NƏZƏRİNƏ: Bu ictimai çimərliklər tam hazır vəziyyətə gətirildi - SİYAHI

Bakı şəhəri üzrə altı ictimai çimərlik tam hazır vəziyyətə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Sahil, Pirşağı, Şıxov, Buzovna, Görədil və Novxanı qəsəbəsində yerləşən ictimai çimərliklər artıq dəniz mövsümünə hazırdır.
Əlavə edilib ki, ictimai və digər özəl çimərliklərin nə zaman fəaliyyət göstərib-göstərməyəcəyinə gəldikdə isə bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra məlum olacaq.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, çimərliklərin nə zaman fəaliyyətlərini bərpa edəcəyi ilə bağlı hələlik müvafiq bir qərar yoxdur.
Oxşar xəbərlər
"Özsüt", "KFC" restoranı, "50 qəpik" və digər obyektlərdə nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...