DYP-dən Vüsal Kərimlinin cərimələnməsi ilə bağlı - AÇIQLAMA

DYP-dən Vüsal Kərimlinin cərimələnməsi ilə bağlı - AÇIQLAMA
Sosial 1477
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:“Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Vüsal Kərimlinin "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.Bölmə rəisi kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edib ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.

Son xəbərlər