Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.
Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər. Mundial sentyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyası niyə söküldü?
İsmayıllı rayonunda "İsmayıllı" sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun İcra...