Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib
Sosial 120

Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

BAKU.WS xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmr imzalayıb.

Qeyd edək ki, Hasil Abbasov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

2012-2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.

Son xəbərlər